Press "Enter" to skip to content

Azərbaycan və KKTC xarici işlər nazirləri görüşüb

Son yeniləmə: 24 Sentyabr 2021 17:21

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüş sentyabrın 22-də hər iki nazirin hazırda səfərdə olduğu Nyu York şəhərində baş tutub.

Bu haqda xəbəri sentyabrın 24-də KKTC XİN yayıb.

Xəbərdə deyilir ki, T.Ertuğruloğlu Azərbaycanlı həmkarına Kıbrıs məsələsinin çözümünə aid KKTC-nin “adada iki bərabər hüquqlu suveren dövlət” tezisi haqqında məlumat verib.

Qeyd edək ki, bu, Azərbaycan XİN rəhbərinin KKTC XİN rəhbəri ilə ilk belə görüşüdür.

Mission News Theme by Compete Themes.