Press "Enter" to skip to content

Nazir Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə

Ceyhun Bayramov

Bayraqdar.info – Sentyabrın 25-də  xarici işlər naziri Ceyhun Bayramov BMT TŞ-nin qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüşüb. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşdə Təhlükəsizlik Şurasının gündəliyində olan və Qoşulmama Hərəkatı üçün xüsusi önəm kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə bayraqdar.info-ya XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, tərəflər terrorçuluq və yaranmaqda olan çağırış və təhdidlərə qarşı mübarizə, o cümlədən ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi və bu istiqamətdə QH üzv ölkələri arasında birlik və həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu ifadə olunub.

Görüş əsnasında, habelə qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.