Press "Enter" to skip to content

Nazir Türk Keneşinin baş katibi ilə görüşüb

Bayraqdar.info – Gənclər və idman naziri Fərid Qayıbov İstanbulda Türk Keneşinin mənzil-qərargahını ziyarət edib və baş katib Bagdad Amreyevlə görüşüb.

Bu barədə Türk Keneşi katibliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı baş katib bu ziyarətdən məmnunluq duyduğunu deyib. B.Amreyev Türk Keneşinin fəaliyyəti, həmçinin 2021-ci ildə İstanbulda keçirilməsi planlaşdırılan Türk Keneşi 8-ci Zirvəsinə hazırlıqlar barədə F.Qayıbova ətraflı məlumat verib.

Görüş zamanı Özbəkistanda keçirilmiş Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclasında qəbul edilmiş qərarların icrası da müzakirə olunub. Gənclər və idman sahəsində əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulayan nazir birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.

Mission News Theme by Compete Themes.