Press "Enter" to skip to content

Dağ yəhudilərinin sinaqoqunda Anım Günü qeyd edilib

Bayraqdar.info – Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edilir. Anım Günündə Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərin, mülki vətəndaşların xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə “Giləki” sinaqoqunda 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə icma sədri Yurik Naftaliyev və icma üzvləri, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, KİV təmsilçiləri, dövlət qurumlarının nümayəndələri, qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub.

Xəbər sentyabrın 27-də bayraqdar.info-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilib.

Mission News Theme by Compete Themes.