Press "Enter" to skip to content

Pakistan gəncləri Azərbaycanın Anım Günündə həmrəylik ifadə etdi

Bayraqdar.info – “27 sentyabr Azərbaycan tarixində özünəməxsus yerə malikdir. Çünki məhz bu gün Azərbaycan və onun hərbi qüvvələri Ermənistanın qanunsuz işğalı altında olan torpaqlarını geri almaq üçün döyüşə başlayıb. Bu gün 44 gün çəkən döyüşdə Vətən torpaqları uğrunda həlak olanların xatirəsinə sayğı günü kimi qeyd edilir.”

Bu sözlər Pakistan gəncləri adından bayraqdar.info-ya daxil olan açıqlamadandır.

Açıqlamada qeyd edilir ki, bu hərəkat Azərbaycan xalqının cəsarəti, qoçaqlığı və igidliyinin sübutudur. Çünki onlar özlərinə məxsus olan torpaqlar uğrunda haqlı dava aparıblar. Bu gün həm də ondan xəbər verir ki, Azərbaycan özünü müdafiə yolunda son damla qanına qədər savaşmağa hazırdır.

Daha sonra qeyd edilir ki, Azərbaycana qardaş olan ölkələr, o cümlədən Pakistan da bu mübarizədə ciddi rol oynayıb. Pakistan bütün hallarda Azərbaycanın yanında olub. Pakistan xalqı da eyni dərəcədə Azərbaycana rəğbətini ifadə edib. Pakistan gəncləri isə rəqəmli media üzərindən Azərbaycanın haqlı davasına dəstək olub.

Əlavə edək ki, Pakistan gənclərinin bu açıqlamasını bayraqdar.info-ya ölkənin tanınmış ictimai xadimlərindən olan Qayser Navab göndərib.

Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistanın işğalı altındakı Vətən torpaqlarının azadlığı uğrunda başladılmış savaşın bir illiyi tamam olub. Bu gün ölkədə Anım Günü kimi qeyd edilir.

Mission News Theme by Compete Themes.