Press "Enter" to skip to content

Şəhidlərin əziz xatirəsinə Bakıda yürüş keçirilib

Bayraqdar.info – Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlara ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.

“Sonra dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

“Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Təməlqoyma mərasimindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

“Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərindən fasiləsiz fit səsi verildi, toplardan yaylım atəşi açıldı.

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.