Press "Enter" to skip to content

İctimai TV daha bir ilkə imza atdı

İTV

Bayraqdar.info – Sentyabrın 28-dən etibarən İctimai TV-də verilişlər virtual reallığı yaradan ən müasir studiyadan yayımlanacaq.

Bu barədə bayraqdar.info-ya Teleşirkətdən xəbər verilib.

Xəbərdə qeyd edilir ki, Teleşirkət yeni mövsümə verilişlərin məzmun keyfiyyətini artırmaqla yanaşı, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan texnoloji yeniliklərlə başlayıb. Belə ki, sentyabrın 28-dən Şirkətin 6 verilişi virtual studiyadan yayımlanacaq.

Şirkətin mətbuat xidmətindən aldığımız məlumata görə, İctimai TV-də yeni studiya dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. Verilişlərin dekorasiyaları “Unreal engine” proqramları vasitəsilə gerçəkləşir. Bu proqramlar verilişlərdə yeni zənginləşdirilmiş, virtual görüntülər, reallıqlar yaradır.

“Yeni mövsümdə hər həftənin çərşənbə axşamları saat 12:25-də texnoloji yeniliklərdən bəhs edən “İTVTECH”, saat 22:30-da isə “Radius” hərbi-analitik verilişləri virtual studiyadan yayımlanacaq.

“Həftənin cümə günləri saat 12:25-də “Biznes Azərbaycan”, saat 18:25-də “Din və Cəmiyyət”, bazar günləri saat 21:00-da “İTV Xəbər-Yekun”, bazar ertəsi günləri isə 00:05-də “Bol İdman” verilişləri yeni virtual studiyadan efirə çıxacaq. Yayımda ən müasir standartların tətbiqi gələcəkdə digər verilişlərdə də təmin ediləcək.

“Beləliklə, “Bizə sarı gəlin!” şüarı ilə İTV mövsümə həm məzmun, həm də formaca yeniliklərin tətbiqilə başlayıb”, – deyə Şirkətdən bildirilib.

Mission News Theme by Compete Themes.