Press "Enter" to skip to content

Peşə təhsili üzrə işə qəbul imtahanı

Bayraqdar.info – Sentyabrın 28-dən 2021-2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan mərhələsinə başlanılıb. İlk dəfə həyata keçirilən test imtahanları 2 gün davam edəcək.

Bu barədə sentyabrın 28-də bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

“Müsabiqə çərçivəsində Respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub və ümumilikdə 1 min 301 nəfər elektron ərizə ilə müraciət edib. Sənədləri müsabiqənin tələblərinə uyğun olan 595 nəfər müraciətçi imtahanda iştirak hüququ qazanıb.

“Bu mərhələdə namizədlərə 90 dəqiqə ərzində ixtisas, tədris metodikası və məntiq üzrə 60 sual təqdim olunub.

“Müraciətçilərə imtahana keçid və imtahan tarixi ilə bağlı SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yerləşdirilib.

“Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.