Press "Enter" to skip to content

Şəhid ailələrinə müxtəlif orden və medallar təqdim edilib – VİDEO

Bayraqdar.info – Sentyabrın 27-də Əlahiddə Ümumqoşun Orduda Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar keçirilən anım tədbirində bir qrup şəhid ailəsinin üzvü iştirak edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə şücaət göstərərək şəhid olmuş bir qrup vətən övladının ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.

Orden və medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərin əziz xatirəsi yad edilib.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən bildirilib.

“Tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev vurğulayıb ki, Azərbaycanın bütövlüyü və müdafiəsi uğrunda gedən döyüşlərdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularından yaralanan və şəhidlik zirvəsinə ucalanlar olub. Müharibə iştirakçılarının təltif edilməsi Vətənpərvər insanların fəaliyyətinə dövlətin verdiyi yüksək qiymətdir.

“Sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif edilmiş bir qrup şəhidin ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.

“Şəhid valideynlərindən Habil Məmmədov, İlham Abdullazadə və Aytən Eyvazova dövlətə minnətdarlıq edərək müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.