Press "Enter" to skip to content

Azərbaycan və Belarusun hərbi kadrları görüşdü

Bayraqdar.info – Sentyabrın 29-da Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsinin kadrlar idarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib.

Xəbər sentyabrın 29-da bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

“Nazirliyin Şəxsi heyət baş idarəsi rəisinin müavini – Kadrlar idarəsinin rəisi general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan Ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.

“Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmət keçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.