Press "Enter" to skip to content

Baş Prokurorluqda anlamlı görüş

Bayraqdar.info – Sentyabrın 29-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluq İşçilərinin Peşə Bayramı Günü və Vətən müharibəsinin ildönümü münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib. Görüşdə həmçinin, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olmuş prokurorluq işçilərinin ailələri iştirak edib.

Bu barədə xəbər bayraqdar.info-ya sentyabrın 29-da Baş Prokurorluqdan verilib.

“Baş prokuror Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə ölkədə həyata keçirilmiş uğurlu fəaliyyətin müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilməsi və doğma torpaqlarımızın 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunmasından danışıb. O, qısa müddətdə həmin bölgələrdə infrastrukturun bərpa olunduğunu, quruculuq işlərinin sürətlə davam etdirildiyini, I və II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi dövlət qayğısının göstərildiyini, həmçinin Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının yaradıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

“Bundan sonra, Vətən müharibəsi iştirakçıları olan prokurorluq əməkdaşlarına Fəxri fərman və medallar təqdim edilib.

“Tədbir iştirakçıları ölkə rəhbərliyinin şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğısına görə dərin minnətdarlıqlarını bildirmişlər.

“Görüşün yekununda xatirə fotoşəkli çəkilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.