Press "Enter" to skip to content

E-hökumət sahəsində beynəlxalq görüş

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Sentyabrın 29-da Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında onlayn formatda növbəti görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, tərəflər arasında imzalanan Niyyət Protokolu çərçivəsində keçirilən görüşdə rəqəmsal xidmətlərin təşkili, istifadəçilərin ehtiyacları əsasında dövlət xidmətlərinin rəqəmsallaşdırılması, dövlət xidmətlərinin vətəndaşlara mobil texnologiyalar vasitəsilə təqdim edilməsi təcrübəsi, süni intellekt, blokçeyn texnologiyalarının tətbiqi və digər mövzular müzakirə olunub.

Həmçinin, ikitərəfli görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Qeyd edək ki, tərəflər arasında Niyyət Protokolu 20 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında imzalanıb. Sənəd Böyük Britaniya və Azərbaycan arasında ekspert icmaları və mütəxəssis təcrübələrinin bir araya gətirilməsi, rəqəmsal dövlət xidmətlərinin bütün istifadəçilər üçün təşkili üzrə əməkdaşlığı əhatə edir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.