Press "Enter" to skip to content

Hərbi liseydə “Azərkitab”ın təşkilatçılığı ilə görüş

Bayraqdar.info – C.Naxçıvanski adına Hərbi Liseyin H.Əliyev Muzeyində “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşkilatçılığı ilə kursantlarla görüş keçirilib.

Müdafiə Nazirliyindən sentyabrın 30-da bayraqdar.info-ya verilən məlumatda bu barədə deyilir.

“Əvvəlcə iştirakçılar ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə memarı olduğu hərbi liseydə hərbçilərlə keçirdiyi görüşləri əks etdirən fotoguşə ilə tanış olublar.

“Sonra yazıçı-bəstəkar Aysel Kərimova gələcəyin zabitləri olacaq kursantların qarşısında hərbi- vətənpərvərlik mövzusunda çıxış edib.

“Sonda Azərbaycanın tanınmış şair və yazıçılarının, həmçinin gənc yazarlarının yeni çapdan çıxmış kitabları kursantlara hədiyyə edilib”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.