Press "Enter" to skip to content

Qazaxıstanla Başqırdıstan arasında əlaqələr genişlənir

Bayraqdar.info – Sentyabrın 28-də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirovu qəbul edib.

Bu haqda xəbəri Qazaxıstan Prezidentinin Administrasiyası yayıb.

Q-J.Toqayev görüş zamanı bildirib ki, ölkəsi ilə Rusiyanın ayrı-ayrı bölgələri arasında işbirliyi getdikcə daha da genişlənir. O, davam etməkdə olan pandemiyaya baxmayaraq Başqırdıstanla münasibətlərin də dinamik inkişaf etdiyini və yeni məzmin kəsb etdiyini deyib.

Söhbət əsnasında qeyd edilib ki, birgə müəssisələrin sayı artır, neft-kimya, kənd təsərrüfatı, metallurgiya, yüngül sənaye və digər sahələrdə investisiya layihələri uğurla gerçəkləşdirilir.

Mission News Theme by Compete Themes.