Press "Enter" to skip to content

Quru Qoşunlarında Komanda İdarəetmə Mərkəzi

Bayraqdar.info – Sentyabrın 30-da Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığında Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəz bilavasitə Komandanlığın tabeliyində olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsi məqsədilə yaradılıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 30-da Nazirlikdən bildirilib.

“Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən Mərkəzdə Quru Qoşunları Komandanlığının tabeliyindəki hərbi hissələrdə, eləcə də sərhədboyu ərazilərdə gün ərzində baş verən hadisələr barədə brifinq təqdim edilib, komandirlərin məruzələri dinlənilib.

“Qeyd olunub ki, hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyət fasiləsiz həyata keçirilir”, – deyə xəbərdə qeyd olunur.

Mission News Theme by Compete Themes.