Press "Enter" to skip to content

Rezidenturaya qəbul üçün ixtisas seçimi başlayıb

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 30 Sentyabr 2021 10:11

Bayraqdar.info – Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb. Namizədlər müsabiqədə iştirak etmək üçün oktyabrın 4-ü saat 23:59-dək eservices.dim.gov.az internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.

Bu barədə sentyabrın 30-da Dövlət İmtahan Mərkəzindən bayraqdar.info-ya bildirilib.

Xəbərdə qeyd edilir ki, seçimə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

“Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.