Press "Enter" to skip to content

Tarix Muzeyində şəhidin əşyaları qorunur

Bayraqdar.info – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Tural Abdullayevə məxsus materiallar qorunur.

Bu barədə bayraqdar.info-ya Muzeydən məlumat verilib.

“Tural Abdullayev 1990-cı ildə Laçın rayonunda anadan olub. 2008-2010-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edib.

“T.Abdullayev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşub, sentyabrın 30-da şəhidlik zirvəsinə ucalıb.

“Prezident İlham Əliyevin sərəncamlarına əsasən Tural Abdullayev “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib (ölümündən sonra)”, – deyə Muzeydən xəbər verilib.

Mission News Theme by Compete Themes.