Press "Enter" to skip to content

Türk Keneşi Baş Katibindən təbrik mesajı

Bayraqdar.info – Hər il oktyabrın 3-də Türk İşbirliyi Günü qeyd edilir. Bu münasibət ilə Türk Keneşi Baş Katibi Bağdad Amreyev Türk Keneşi Ölkələri rəhbərlərinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Oktyabrın 3-də Türk Dövlətləri arasında əməkdaşlığı gerçəkləşdirən Naxçıvan Anlaşmasının imzalanmasının 12 -ci ildönümü qeyd olunur. Bu dövrdə Türk Keneşi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpası sayəsində daha da güclənib. 44 Günlük Vətən Müharibəsi zamanı Türk Keneşi Azərbaycanın haqq işini bütün üzv dövlətlər adından güclü şəkildə dəstəkləyib və əldə etdiyi qələbə bütün dövlətlərimiz üçün qürur mənbəyi olub.

“10 il ərzində Türk Keneşinə üzv dövlətlərin bölgədə hörmət və nüfuzu artmaqla uğurlar əldə edilib.

“Bütün çətinliklərə baxmayaraq, 2020-2021 illəri Türk dünyası üçün zəfərli bir dövr hesab edirəm”.

Baş katibin təbrik məktubunda qeyd edilir ki, 2021-ci ildə onlayn keçirilən qeyri-rəsmi Türküstan Zirvəsində, liderlər bir araya gələrək mədəniyyət və mənəvi mərkəz olan Türküstan şəhərini Türk dünyasının mənəvi paytaxtı elan ediblər.

Zirvə görüşməsində təşkilatın hazırkı işləri, planları və layihələri müzakirə edilib.

“İş baxımından Türk Keneşi son bir neçə ildə ən məhsuldar və aktiv dövrünü yaşayır. Bu il iqtisadiyyatdan nəqliyyata, sağlamlıqdan təhsilə, gənclikdən və idmandan turizmə qədər 20-dən çox əməkdaşlıq sahəsində çox konkret və məhsuldar işlər görmüşük.

“Gələn ilin noyabrında İstanbulda bütün Türk dünyası üçün həyati əhəmiyyətli bir çox qərarın alınacağı tarixi bir Lider Zirvəsi keçiriləcək.

«Türk Dünyası 2040 Vizyonu»na daxil edilən yeni hədəflər və təşəbbüslərlə Türk Dövlətləri arasındakı əlaqələr daha sıx əməkdaşlıq və daha dərin inteqrasiya mərhələsinə qədəm qoyur.

“Bu il dörd üzv dövlətin müstəqilliyinin 30-cu ildönümünü də qeyd edirik.

“Təşkilatın fəaliyyətinə davamlı dəstək və kömək etdikləri üçün üzv dövlətlərin dövlət başçılarına, nazirliklərə, ictimai qurumlara, iş dünyasının nümayəndələrinə və QHT-lərə dərin minnətdarlığımızı bildiririk.

“Barış, birlik və həmrəylik diləklərimizlə, dünyanın bütün Türk xalqlarının 3 Oktyabr bayramını səmimi qəlbdən təbrik edirik”, – deyə təbrik məktubunda bildirilir.

Mission News Theme by Compete Themes.