Press "Enter" to skip to content

Cəbrayıl şəhərinin bərpasının təməl daşı qoyuldu

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Müzəffər Ali Baş Komandan Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Bu barədə oktyabrın 4-də Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Daha sonra ölkə rəhbəri Dövlət Sərhəd Xidmətinin Cəbrayılda yeni hərbi hissə kompleksinin açılışında iştirak edib.

Prezident İ.Əliyev Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Həmçinin o, Cəbrayıl Memorial Kompleksinin də təməlqoyma mərasimini həyata keçirib.

Eyni gündə İ.Əliyev Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

“Sərəncamla Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

“Digər bir Sərəncamla Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Təhsil Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

“Daha sonra ölkə başçısı Cəbrayılda yeni yarımstansiyanın açılışında iştirak edib. Qeyd edək ki, yeni yarımstansiya 110/35/10 kV-luq-dur.

“Eyni zamanda dövlət rəhbəri oktyabrın 4-də Cəbrayılda “KamAZ” markalı yük avtomobilləri üçün servis mərkəzinin təməlini qoyub. Servis mərkəzini Rusiyanın “KamAZ” ASC ilə Azərbaycanın “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi birgə yaradır.

““Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə ölkə başçısı İqtisadiyyat Nazirliyinə də ilkin olaraq 500 min manat ayırıb.

“Bu, Prezidentin imzaladığı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” fərmanda öz əksini tapıb”, – deyə məlumatda bildirlir.

Mission News Theme by Compete Themes.