Press "Enter" to skip to content

Əflatun Amaşov beynəlxalq konfransda iştirak edib

Əflatun Amaşov

Bayraqdar.info – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iqlim dəyişikliyinin mediada işıqlandırılmasına həsr olunmuş onlayn konfransında iştirak edib.

Bu haqda xəbəri bayraqdar.info-ya MŞ-dan veriblər.

“Bu mövzudakı müzakirələrdə iştirak edən Ə.Amaşov bildirib ki, Azərbaycanda jurnalistlərin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması istiqamətində işlər aparılıb. Bu layihə çərçivəsində nəşr edilən vəsait çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyəti, təhsil
müəssisələri üçün nəzərdə tutulmuşdu. Qeyd edilən fəaliyyətin reallaşmasında Azərbaycan Mətbuat Şurası da bilavasitə iştirak etmişdi”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “müzakirələrin gedişində MŞ-nin mövcud istiqamətdəki təcrübəsinin əsas götürülərək Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xəttilə geniş beynəlxalq toplantının
təşkilinin mümkünlüyü vurğulanıb”.

“Tədbirdə həmçinin bildirilib ki, iqlim dəyişikliklərinin mediada işəqlandırılmasının həssas məqamları jurnalist ictimaiyyəti içərisində də ciddi müzakirə olunmalıdır. Çünki məsələnin cəmiyyətə çatdırılmasında xarakterik xüsusisyyətlər var. Bu xüsusiyyətlərin dolğunluğu ilə öyrənilməsi isə həm peşəkarlıqdır, həm də ictimai maraqların ödənilməsi.” Bu sözlər də eyni xəbərdəndir.

Mission News Theme by Compete Themes.