Press "Enter" to skip to content

Baş Prokurorluq xəbərdarlıq etdi

Baş Prokurorluq

Bayraqdar.info – Baş Prokurorluq ölkə əhalisinə xəbərdarlıq müraciəti edib.

Məlumat bayraqdar.info-ya qurumdan daxil olub.

Xəbərdarlıqda bildirilir ki, son zamanlarda ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır. Həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə “isti təkliflər” yayaraq müştəri cəlb edirlər.

“Bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta “səyahət paketlərini” almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevrilirlər.

“Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik.

“Baş Prokurorluq saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.