Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxana Beynəlxalq Sərgi-Yarmarkada

Bayraqdar.info – AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında öz stendi ilə təmsil olunur.

Bu barədə bayraqdar.info-ya MEK-dən məlumat verilib.

Bildirilib ki, MEK sərgidə əsasən AMEA-nın müxtəlif dillərdə hazırlanmış nəşrlərini, eləcə də Qarabağ və Azərbaycan həqiqətləri, Vətən müharibəsi haqqında kitabları təqdim edir.

Xatırladaq ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub və oktyabrın 10-dək davam edəcək.

Mission News Theme by Compete Themes.