Press "Enter" to skip to content

Prezidentlər arasında telefon danışığı olub

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Məlumatı oktyabrın 7-də Prezidentin Mətbuat xidməti yayıb.

“Dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

“Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İ.Əliyevə minnətdarlığını bildirib.

“Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər. Onlar əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib.” Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.