Press "Enter" to skip to content

Azərbaycanlı idmaçının Eskişehirdə möhtəşəm uğuru

Son yeniləmə: 11 Oktyabr 2021 17:22

Bayraqdar.info – Oktyabrın 9-da Eskişehir gözəl və maraqlı bir idman yarışına ev sahibliyi edib. Belə ki, Vedat Akbulutun təşkilatçılığı ilə “Akbulut Fight Arena” həmin tarixdə sözügedən şəhərdə çox gözəl bir galaya imza atıb.

Porsuk İdman Salonunda keçirilən Kickboks Galasına qatılanlar bir-birindən maraqlı və həyacanlı idman mübarizəsinin şahidi olublar.

Bu barədə bayraqdar.info-ya özəl olaraq gecənin təşkilatçıları məlumat verib.

Bildirilib ki, TV 8’5 kanalı ilə canlı yayımlanan və Türkiyə Kickboks Federasiyasının icazəsi ilə baş tutan idman yarışında Türkiyə idmançıları ilə yanaşı İspaniya, Azərbaycan, Qazaxıstan, İran və KKTC idmançıaları da mübarizə aparıb.

Vedat Akbulut bayraqdar.info-ya özəl açıqlamasında deyib ki, Azərbaycan idmançılarının, o cümlədən dünya cempionu Ayxan Məmmədovun yarışda iştirakı gecəyə xüsusi rəng qatıb: “Xüsusilə “Bir millət, iki dövlət” şüarının səslənməsi ilə yarışa qatılan Ayxan Məmmədov alqışlarla qarşılandı. Yarış zamanı xüsusi ustalıq nümayiş etdirən Ayxan Məmmədov ünvan kəməri sahibi oldu”.

Mission News Theme by Compete Themes.