Press "Enter" to skip to content

“Sarsılmaz qardaşlıq-2021”in Türkiyə heyəti yola salınıb – VİDEO

Bayraqdar.info – “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat taktiki təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin yola salınması mərasimi keçirilib.

Məlumat bayraqdar.info-ya oktyabrın 11-də Müdafiə Nazirliyindən daxil olub.

“Mərasimdə çıxış edənlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıblar.

“Təlimdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələri mənsublarına hədiyyələr təqdim edilib.

“Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsindən yola düşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları “Ümid” körpüsündən keçməklə xidmət yerlərinə doğru hərəkəti davam etdiriblər”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.