Press "Enter" to skip to content

Şeyxülislam Allahşükür Paşazadə Rusiyada – YENİLƏNDİ

Son yeniləmə: 11 Oktyabr 2021 22:38

Bayraqdar.info – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

QMİ-nin mətbuat xidmətindən oktyabrın 11-də bayraqdar.info-ya verilən məlumatda belə deyilir.

“Səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Patriarx Kirillə görüşəcək. Moskvada, habelə dini liderlərin üçtərəfli görüşü gözlənilir.

“QMİ və Azərbaycanın Rusiyadakı səfirliyi Moskva şəhərində azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcək”, – deyə məlumatda bildirilir.

O da bəlli olub ki, A.Paşazadə Moskvada Ermənistanın dini lideri ilə görüş keçirəcək. Görüşə Rusiya xristianlarının rəhbəri vasitəçilik edir.

Mission News Theme by Compete Themes.