Press "Enter" to skip to content

Gənclər və idman naziri görüşlər keçirib

Bayraqdar.info – Oktyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger və səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb.

Məlumat bayraqdar.info-ya oktyabrın 14-də Gənclər və İdman Nazirliyindən verilib.

Xəbərdə qeyd edilir ki, Nazirlikdə keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkədəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüş zamanı hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələrimiz arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.

Bundan başqa, nazir oktyabrın 13-də UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Heykens və təşkilatın yeniyetmə və gənclərin inkişafı departamentinin mütəxəssisi Natiq Umarovla görüşüb. Görüş zamanı əsasən, uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

“Qonaq bildirib ki, UNICEF Azərbaycan da daxil olmaqla, dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir.

“Görüş zamanı Fərid Qayıbov UNICEF-in 25 ildən artıqdır ki, ölkədəki fəaliyyətinin hümanizm prinsiplərinə əsaslanan fəaliyyətinin yüksək qiymətləndirildiyini, Nazirliyin bu təşkilatla əlaqələrin və qarşılıqlı əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə hazır olduğunu bildirib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.