Press "Enter" to skip to content

Özbəkistan məktəbinə Azərbaycandan kitab kolleksiyası

Bayraqdar.info – Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 14-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Qardaş ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, kolleksiyaya dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafına, Azərbaycanın qədim tarixinə, dövlətçiliyinə, zəngin mədəniyyətinə, ədəbiyyatına və Qarabağ mövzusuna həsr olunmuş kitablar daxil edilib. Onların arasında Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən “Qarabağ həqiqətləri” seriyası da yer alıb”, – deyə məlumatda vurğulanır.

Qeyd edilir ki, Daşkənddə özbək dilində çap edilən nəşrlərdən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”, İmadəddin Nəsiminin “Cananı sevərkən”,“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər təqdim olunub.

Mission News Theme by Compete Themes.