Press "Enter" to skip to content

Quru Qoşunları komandanının Türkiyə səfəri davam edir

Bayraqdar.info – Türkiyədə səfərdə olan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı, general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb.

“Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilərək gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.”

Xəbər oktyabrın 14-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən daxil olub.

Mission News Theme by Compete Themes.