Press "Enter" to skip to content

Zəncandan Təbrizə anlamlı dəstək

Son yeniləmə: 16 Oktyabr 2021 16:52

Bayraqdar.info – Azərbaycanın 44 günlük Vətən savaşındakı qələbəsi, həmçinin mövcud İran rejiminin bu qələbədən sonra sərgilədiyi mövqe Güney Azərbaycanda milli oyanışı daha da gücləndirib.

Təbriz, Urmiya ilə yanaşı Zəncanda da milli fəallar önə çıxmağa başlayıb. Elə bu gecə Zəncanda baş verənlər də deyilənləri təsdiqləyir.

“Araz News”-un məlumatına görə, bu gecə Zəncan şəhər mərkəzində yerləşən Səbzə meydanında müxtəlif şüarlar yazlmış plakatlar asılıb.

Şüarlarda “Zəncanlıyam, atmaram Türk dilimi, satmaram öz elimi!”, “Zəncandan Təbrizə salam, yanındayıq Təbrizim!”, “Azərbaycanın qızıl yurdu Zəncandan Təbrizə salam olsun!”, “Azərbaycanı qorumağa yanındayıq, Təbrizim!” sözləri yazılıb.

Mission News Theme by Compete Themes.