Press "Enter" to skip to content

Bakıda “Qələbə hünəri” adlı rəsm sərgisi açılacaq

Bayraqdar.info – Noyabrın 6-da Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi açılacaq. Sərgi Vətən müharibəsində Qələbənin ildönümünə həsr olunacaq.

Oktyabrın 18-də Dövlət Rəsm Qalereyasından bayraqdar.info-ya ildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərinin təbiət gözəlliklərinin tərənnümünə həsr ediləcək. Həmçinin, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi Zəfərin əsərlərdə nümayişi məqsədilə təşkil olunacaq.

Xətai Sənət Mərkəzində açılacaq sərgidə 100 əsər nümayiş ediləcək. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif olunacaqlar.

Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.