Press "Enter" to skip to content

İlham Əliyev Slovakiyalı naziri qəbul edib

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib.

Məlumatı oktyabrın 19-da Prezidentin Mətbuat xidməti yayıb.

“Görüşdə Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, siyasi təmasların fəal şəkildə olduğu bildirilib. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

“Slovakiyanın xarici işlər və Avropa naziri İ.Korçok ölkəsinin Azərbaycanı iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlara malik olan bir ölkə kimi qəbul etdiyini vurğulayıb. O bildirib ki, Slovakiya tərəfi Azərbaycanla iqtisadi əlaqələrin inkişafı istiqamətində səylərin Prezident İlham Əliyev tərəfindən dəstəklənməsinə böyük önəm verir. Qonaq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. İ.Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib.

“Daha sonra qonaq qeyd edib ki, Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə sadiqdir və bu əsasda ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

“Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.” Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.