Press "Enter" to skip to content

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda

Bayraqdar.info – Oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

Məlumatı oktyabrın 20-də Prezidentin Mətbuat xidməti yayıb.

“Dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar. Daha sonra onlar “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

“Sonra Prezident İ.Əliyev və birinci xanım M.Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Mission News Theme by Compete Themes.