Press "Enter" to skip to content

Xüsusi təhsil müəssisələrinə defektoloq vakansiyası

Bayraqdar.info – Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçiminə başlanılır.

Bu barədə oktyabrın 20-də bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

Xəbərdə bildirilir ki, vakansiya seçimində iştirak etmək istəyən şəxslər müvafiq keçidə daxil olaraq müraciət edə bilərlər:

“Vakansiya seçimi 21 oktyabr saat 18:00-dək davam edəcək.

“Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

“Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

“Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.