Press "Enter" to skip to content

Erdoğan İrandakı mövcud rejimi düşünməyə və səhv etməməyə çağırıb – YENİLƏNDİ

Recep Tayyip Erdoğan

Son yeniləmə: 21 Oktyabr 2021 19:31

Bayraqdar.info: “Şəxsən mən belə bir şey gözləmirəm. İran İsrailin Azərbaycanla münasibətləri səbəbilə qalxıb da Azərbaycana qarşı addım ataraq, Azərbaycanı hədəf taxtasına qoymaq kimi bir vəziyyətə əl atmaz”.

Anadolu Agentliyinin məlumatına görə, bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan İranın son addımları, İsraili bəhanə edərək Azərbaycan sərhəddində keçiridyi hərbi təlimlərlə bağlı sualı cavablandırarkən deyib.

Afrika səfərindən dönüşü zamanı təyyarədə jurnalistlərin sualını cavablandıran R.T.Erdoğanın ağağıdakı sözləri isə, əslində, mövcud İran rejiminə xəbərdarlıq kimi dəyərləndirilə bilər.

Belə ki, İranın son davranışlarını dəyərləndirən Türkiyə Cümhurbaşqanı bir növ İrandakı mövcud rejimi düşünməyə və səhv etməməyə çağırıb: “Bu gün İranda azərbaycanlıların sayı göz qabağındadır. Təbii ki, bu da düşünməyə vadar edir. Yəni o qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməz”.

Məlumat üçün bildirək ki, siyasi kuluarlarda böyük maraqla qarşılanan İranın son addımları ilə bağlı sualı Türkiyə Cümhurbaşqanına tanınmış azərbaycanlı jurnalist, “Star” qəzetinin yazarı Sevil Nuriyeva verib.

Mission News Theme by Compete Themes.