Press "Enter" to skip to content

Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans

Bayraqdar.info – Müdafiə Nazirliyinin tәşkilatçılığı ilə Silahlı Qüvvәlәrinin Hәrbi Akademiyasında “2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda “Zoom” platforması üzәrindәn onlayn beynәlxalq elmi-praktik konfrans başlayıb.

Bu barədə xəbər bayraqdar.info-ya oktyabrın 21-də Müdafiə Nazirliyindən daxil olub.

“Konfrans Türkiyә və Pakistanın Milli Müdafiə Universitetləri, Bolqarıstanın Q.S.Rakovski MMU, Ukraynanın İ.Çernyaxovski adına MMU, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol MMU-nin dəstəyi ilə keçirilir.

“Tədbirdə AMEA -nın İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, DSX-nın Akademiyası və DTX-nın H.Əliyev adına Akademiyasının nümayəndələri də iştirak edir.

“Beynәlxalq elmi-praktik konfrans oktyabrın 22-dək davam edəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.