Press "Enter" to skip to content

Fahrettin Altun: Həmin günlər informasiya cəbhəsində də var gücümüzlə savaşdıq

Bayraqdar.info – “Həmin günlər bizlər də türk tarixinin bu dönüş nöqtəsində azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə mübarizə aparmaq şərəfinə nail olduq”.

Bu sözləri Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanı Fahrettin Altun deyib.

Oktyabrın 22-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) Media Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərinə də toxunan F.Altun bildirib ki, 44 gün boyunca bir yandan Azərbaycanın haqlı davasını dünyaya çatdırmağa dəstək olarkən, digər yandan da birlikdə dezinformasiya ilə mübarizə apardıq: “Ermənilərin unutdurmağa çalışdığı gerçəkləri, həqiqətləri biz dünyanın ən nüfuzlu media quruluşları, xəbər orqanları vasitəsilə bir-bir, var gücümüzlə bütün dünyaya çatdırmağa çalışdıq. Sayın dövlət başqanlarımızın təlimatları ilə hörmətli qardaşım, qiymətli dostum Hikmət Hacıyevlə yaxın koordinasiyalı şəkildə informasiya cəbhəsində də var gücümüzlə savaşdıq”.

Mission News Theme by Compete Themes.