Press "Enter" to skip to content

Pedaqoji heyət üçün seminarlar təşkil olunub

Bayraqdar.info – 19 və 21 oktyabr tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti üçün onlayn seminarlar keçirilib.

Bu barədə xəbər bayraqdar.info-ya oktyabrın 22-də Təhsil Nazirliyindən verilib.

“Təhsil Nazirliyinin və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə keçirilən seminarlarda ali və orta ixtisas təhsili müəssisələrində çalışan 2000-ə yaxın professor-müəllim heyətinin üzvü iştirak edib.

“Seminarda distant təhsilin təşkili üçün “Microsoft Teams” platformasının yaratdığı imkanlar və yeniliklər müəllimlərin diqqətinə çatdırılıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.