Press "Enter" to skip to content

Kolumbiya hərbçiləri üçün Azərbaycan haqqında mühazirə

Bayraqdar.info – Kolumbiya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbçilərin Reabilitasiya Mərkəzində müstəqilliyimizin bərpasının 30 illiyi münsaibətilə mühazirə təşkil olunub.

Bu barədə bayraqdar.info-ya oktyabrın 23-də ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, mühazirədə kolumbiyalı hərbi qulluqçulara Azərbaycanın tarixi, mədəniyyəti, dövlət quruculuğu sahəsində son 30 ildə əldə etdiyi nailiyyətlər, erməni təcavüzü və 44 günlük müharibənin yekunları haqda məlumat verilib.

Ardınca işğaldan azad olunmuş ərazilərimizdə müşahidə olunan erməni vandalizmi, burada törədilmiş irimiqyaslı dağıntılar və aparılmış kütləvi minalama haqda danışılıb. Həmçinin bölgədə tərəfimizdən görülən minatəmizləmə və yenidənqurma işlərindən bəhs edilib.

Sonda iştirakçılara Azərbaycanın son 30 il ərzindəki fəaliyyətini təsvir edən video və foto materiallar nümayiş etdirilib. Tədbirdə, habelə ölkəmizin Kolumbiya ilə ikitərəfli əlaqələrinin inkişaf tarixi və gələcək perspektivləri haqda məlumat verilib.

Mission News Theme by Compete Themes.