Press "Enter" to skip to content

11 yaşlı azərbaycanlı qızdan Finlandiyada möhtəşəm qələbə

Son yeniləmə: 25 Oktyabr 2021 18:11

Bayraqdar.info – Finlandiyanın qədim Porvoo şəhərində keçirilən yeniyetmələrarasında güləş üzrəölkə çempionatında 11 yaşlı azərbaycanlı Sura Mirac Abbassoy birinci yer tutub.

Bu barədə bayraqdar.info-ya oktyabrın 25-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova qızlar arasında 39 kq çəki dərəcəsində mübarizə aparan Abbassoyun keçirdiyi bütün görüşlərdə üstünlük qazandığını deyib. Final görüşünü 8:4 hesabı ilə başa vuran soydaşımız yeniyetmələr arasında Finlandiya çempionu tituluna layiq görülüb.

Bundan öncə isə soydaşımız 15-17 oktyabr 2021-ci ildə İsveçin Umea şəhərində keçirilən “Umea Wrestling Battle” Avropa turnirində uğurla çıxış edib. Həmin turnirdəII yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, idmançının atası Ruzi Abbassoy Helsinkidə fəaliyyət göstərən HPM idman klubunun məşqçisidir.

“Diasporla İş üzrə Dövlət Komitəsi ölkə çempionu olması münasibətilə Sura Mirac Abbassoyu və valideynlərini təbrik edir, soydaşımıza təhsilində və idman karyerasında davamlı uğurlar qazanmağı arzulayır”-, deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.