Press "Enter" to skip to content

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda

Son yeniləmə: 3 Noyabr 2021 18:06

Bayraqdar.info – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Bu barədə bayraqdar.info Prezidentin Mətbuat xidmətinə istinadla bildirir.

Məlumatda qeyd edilir ki, dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.

“Daha sonra onlar  “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının və  Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarını da həyata keçiriblər.

“Sonra Prezident və birinci xanım Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər”, – deyə məlumatda bildirilir.

Həmçinin, oktyabrın 25-də Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan fotolar paylaşıb.

Paylaşımda deyilir: “Allah Azərbaycan hərbçilərini qorusun!”.

Mission News Theme by Compete Themes.