Press "Enter" to skip to content

Müdafiə naziri NATO-nun nümayəndəsi ilə görüşüb

Son yeniləmə: 28 Oktyabr 2021 18:31

Bayraqdar.info – Oktyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahın Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

“Nazir qonaqları salamladıqdan sonra Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə ordu tərəfindən görülən işlər barədə və dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.

“General-mayor F.Diella öz növbəsində NATO-nun Azərbaycan ilə əməkdaşlığın cari vəziyyətindən, bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib. O, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.