Press "Enter" to skip to content

Fəxri konsul Əfqan Salmanov Zmiev şəhərində görüşlər keçirib

Son yeniləmə: 26 Oktyabr 2021 22:09

Bayraqdar.info – Ölkəmizin Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov Azərbaycanın Milli Qəhramanı,1992-ci ildə Ağdərə üzərində vurulan Mi8 helikopterinin pilotu şəhid Ruslan Polovinkanın Zmiev şəhərində yaşayan ailə üzvlərilə görüşüb.

Bununla bağlı bayraqdar.info-ya verilən məlumatda bildirilib ki, görüşdə Ə.Salmanov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Fəxri konsul həmçinin Azərbaycan xalqının milliyətindən asılı olmayaraq Azərbaycan bayrağı altında savaşmış və şəhid olmuş hər bir qəhramanı böyük ehtiramla yad etdiyini deyib. Həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı ukraynalıların Azərbaycan xalqını dəstəklədiyini deyən F.Salmanov buna görə minnətdarlığını çatdırıb.

Ruslan Polovinkanın ailə üzvləri isə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yaxından izlədiklərini və Azərbaycanın sürətli inkişafına sevindiklərini qeyd ediblər. Onlar Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə torpaqları işğaldan azad etdikləri üçün təşəkkür edib və bunun onların övladlarının ruhunu şad etdiyini qeyd ediblər.

Daha sonra Zmiev şəhər adminstrasiyasında yerli iş adamları ilə görüş keçirilib. Görüş çərçivəsində fəxri konsul Əfqan Salmanov Azərbaycanın mövcud investisiya imkanları barədə iş adamlarına məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının liberallaşdırılması və biznes üçün əlverişli mühitin yaradılması siyasəti həyata keçirilir. O, Ukraynadan olan iş adamlarını ölkəmizdə həyata keçirilən layihələrdə yaxından iştirak etməyə çağırıb.

Mission News Theme by Compete Themes.