Press "Enter" to skip to content

Qubadlıda polis şöbəsinin fəaliyyəti bərpa olunub

Bayraqdar.info – 1 il öncə işğaldan azad edilən Qubadlı rayonunda polis şöbəsinin fəaliyyəti bərpa olunub.

Bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədəki səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Dövlət tərəfindən şəxsi heyətin xidməti fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilib. Daxili işlər orqanlarının əməkdaşları aidiyyəti qurumlarla birgə təhlükəsizlik tədbirlərini davam etdirir.
Bu müddət ərzində düşmənin atıb qaçdığı, sığınacaq və saxlanclarda gizlətdiyi 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər sursatlar aşkarlanıb.”

Mission News Theme by Compete Themes.