Press "Enter" to skip to content

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Bayraqdar.info – Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Mission News Theme by Compete Themes.