Press "Enter" to skip to content

“İrəli” komandası şəhid ailələri ilə görüşləri davam etdirir

Bayraqdar.info – “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və komandası Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə oktyabr ayı ərzində Sabirabad,Tovuz, Qazax, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala rayonunda yaşayan 20-dən çox şəhid ailəsi ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya oktyabrın 27-də İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində öz canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət olunub. Görüşlər zamanı qəhrəmanlarımızın xatirəsi anılıb, döyüş yolları ilə daha yaxından tanış olaraq, igid oğullarımızın gələcək nəsillərə örnək olması və şəhidlərimizin unudulmaması üçün görüləcək işlərdən və Azərbaycan gənclərinin üzərinə düşən öhdəliklərdən danışılıb.

O da qeyd edilib ki, “İrəli” İctimai Birliyi tərəfindən ölkəmizin digər bölgələrində də qəhrəman şəhidlərimizin ailələri ilə görüşlərə davam etdiriləcək.

Mission News Theme by Compete Themes.