Press "Enter" to skip to content

Masallı rayonunda şəhidlərin anım mərasimləri keçirilib

Bayraqdar.info – 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullar – Məhəmməd Nail oğlu Vəliyevin Masallı rayonunun İmanlı kəndində, İbrahim Rasif oğlu Rükabzadənin isə rayonun Boradigah qəsəbəsində anım mərasimləri keçirilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 27-də Milli Məcisin Mətbuat və ictimaiyyətlə əlaqrələr şöbəsindən xəbər verilib.

“Tədbirdə MM-in deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Tədbirlərdə Vətən müharibəsində Azərbaycan oğullarının şücaətindən, yağı düşmənin torpaqlarımızdan qovulub çıxarılması yolunda canlarını fəda etmiş şəhidlərin igidliyindən danışılıb, ruhlarına dualar oxunub. Millət vəkilləri şəhid yaxınları ilə söhbət ediblər, qayğıları ilə maraqlanıblar.

“Həmin gün deputatlar Masallı rayon Köçəkli kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş abidə kompleksinin açılışında da iştirak ediblər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.