Press "Enter" to skip to content

Nazir müavini UNESCO-nun Qlobal Təhsil Konfransında çıxış edib

Bayraqdar.info – Oktyabrın 26-da təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO-nun təşkilatçılığı ilə keçirilmiş “Nifrət nitqinə qarşı mübarizədə təhsilin rolu” mövzusunda qlobal təhsil konfransında çıxış edib.

Bu barədə xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

“Onlayn təşkil olunmuş tədbirdə BMT-nin baş katibi Antonio Qutereş, UNESCO-nun Baş direktoru Odri Azulay, 40-a yaxın ölkənin təhsil üzrə rəhbər şəxsləri iştirak edib.

“Konfransda çıxış edən nazir müavini M.Məmmədov qeyd edib ki, ötən il soydaşlarımız Ermənistan dövləti və diasporanın dəstəyi ilə internet resursları üzərindən həyata keçirilmiş nifrət nitqi kampaniyasının hədəfi olub. Bu mənada multikultural Azərbaycandan fərqli olaraq Ermənistan digər millətin nümayəndələrinə qarşı nifrət nitqi və dözümsüzlüyü təbliğ edən dövlət olaraq qalmaqdadır.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.