Press "Enter" to skip to content

İrandan Azərbaycana qarşı yenə də hədsizlik

Bayraqdar.info – İranın Mərdomsalari Partiyasının baş katibi, keçmiş deputat Mustafa Kəvakibian deyib: “Əgər hiss etsək ki, İsrail rejiminin Azərbaycandakı bazası İran əleyhinə işləyir, biz mütləq həssas mövqe tutacağıq”.

Bu xəbəri oktyabrın 28-də “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, Mustafa Kəvakibian İran Daxili İşlər Nazirliyi yanında Partiyalar Evində keçirilən iclasdakı çıxışında deyib ki, “Əgər Azərbaycan İsrail ilə yaxınlaşmaq istəyirsə yaxınlaşsın. Ancaq İsrail rejiminin Azərbaycandakı bazası İrana qarşı fəaliyyət göstərərsə, o zaman biz buna kəskin mövqe nümayiş etdirəcəyik”.

Maraqlıdır ki, iki gün öncə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan və İran arasındakı bütün problemləri həll etdiklərini deyir. Lakin bəlli olur ki, bu ölkə keçmiş millət vəkili vasitəsi ilə yenə də guya İsrailin Azərbaycanda bazasının olması və İrana qarşı fəaliyyət göstərməsi kimi əsassız fikirlər söyləməyə davam edir…

Mission News Theme by Compete Themes.