Press "Enter" to skip to content

Özbəkistan nümayəndə heyəti “ASAN xidmət”də

Bayraqdar.info – Özbəkistan Respublikasının Prezident Administrasiyasının İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində görüşlər keçirib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 28-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, əvvəlcə nümayəndə heyəti Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara Mərkəzin fəaliyyəti barədə təqdimat edilib, onların sualları cavablandırılıb.

Həmçinin “INNOLAND” mərkəzinin fəaliyyəti ilə tanışlıq həyata keçirilib.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı qurumun yaradılması məqsədləri, həyata keçirilən xidmətlər barədə məlumat verilib.

Qonaqlar ASAN Radio, 108 Çağrı Mərkəzi, ASAN Təlim və Tədris Mərkəzi ilə tanış olublar.

Mission News Theme by Compete Themes.